BAKI, 26 oktyabr - Sputnik. Bakıda magistral su kəmərində baş verən qəza paytaxt sakinlərini qorxuya salıb.
Bu gün səhər saatlarında "+ 52 Alatava" və "+ 82 Qərb" mərkəzi su anbarlarını əlaqələndirən 1400 mm-lik magistral su kəmərində qəza baş verib.
Dərhal "+ 52 Alatava" su anbarında nasosların fəaliyyəti dayandırılıb. Hadisə yerinə Bakı Sukanal və Yasamal rayon Sukanal idarələrinin qəza briqadaları, xüsusi texnika cəlb olunub.
Magistral kəmərdə qəza ilə əlaqədar Yasamal və Səbael rayonlarının bəzi ərazilərinə içməli suyin verilməsində məhdudiyyətlər olacaq. İşin gedişi ilə əlaqədar əlavə məlumat veriləcək.