ЧПУ:
Тайтл:
Подводка: Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir
BAKI, 26 oktyabr — Sputnik.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçirilir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən Qurultayda AYB-nin dəvətilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edir.
Qurultayda AYB-nin sədri vəzifəsinə seçki keçiriləcək. Birliyin sədrliyinə üç namizədin adı məlumdur. Onlar Xalq yazıçısı Anar Rzayev, şairlər Emil Rasimoğlu və Fuad Cəfərlidir.
XIII qurultaya AYB rəhbərliyi – 6 nəfər (sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi), Ağsaqqallar Şurasının üzvləri – 19 nəfər, İdarə Heyətinin üzvləri – 24 nəfər, Gənclər Şurasının üzvləri – 21 nəfər, seksiya rəhbərləri – 6, bölmə rəhbərləri – 19 və bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan yazıçı və şairlərinin, tərcüməçilərinin ən böyük ictimai təşkilatıdır. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı.
Azərbaycan Yazıçılar İttifaqı 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılıb.
Hazırda AYB-nin 1510-dən artıq üzvü var. AYB-nin hazırki sədri Xalq yazıçısı Anar Rzayevdir. AYB üzvləri arasında Milli Məclisin bir neçə deputatı da var. Son zamanlar qurumun gələcək taleyi və uzun illərdir dəyişməyən rəhbərliyi ilə bağlı gənc yazarlar arasında xeyli müzakirələr gedir.
https://t.me/Acevsmisle/3705