BAKI, 26 oktyabr — Sputnik. Rövşən Mürvət oğlu Rüstəmov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rövşən Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdi.