DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"WhatsApp"ın növbəti modifikasiyası zərərvericidir

Riskləri azaltmaq üçün tanınmayan mənbələrdən mobil telefonlar üçün proqramlar yükləməmək tövsiyə olunur
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. "WhatsApp"ın növbəti zərərverici modifikasiyası necə qorunmaq olar?
"WhatsApp"ın "YoWhatsApp" adlı digər modifikasiyasının zərərli olduğu ortaya çıxıb. Belə ki, proqram smartfonlara Triada troyanını yükləyir, istifadəçiyə xəbərdarlıq etmədən reklamları aktivləşdirir, ödənişli məzmuna abunə edir və "WhatsApp" hesablarını oğurlayır.
İnformasiya təhlükəsizliyinin əsas qaydası riskləri azaltmaqdır. Bunun üçün nələrə diqqət etmək lazımdır?
• Şübhəli saytlara daxil olmamaq tövsiyə olunur
• Torrentlərdən proqramların sındırılmış versiyalarını yükləməmək tövsiyə olunur
• Naməlum ünvanlardan göndərilən e-poçtlardakı linklərə keçid etməmək və onlardakı əlavələri açmamaq tövsiyə olunur
Sadə ehtiyat tədbirləri kibertəhlükələrdən qorunmaqda çox kömək edir. Riskləri azaltmaq üçün tanınmayan mənbələrdən mobil telefonlar üçün proqramlar yükləməmək tövsiyə olunur.