BAKI, 25 oktyabr — Sputnik. Türkiyə "Qazprom"dan ödənişləri təxirə salmaq imkanı istəyib. Bunu Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati bildirib.
Nazirin sözlərinə görə, Ankara Moskvadan aldığı külli miqdarda qaza israrla endirim istəyir. Nebati hər iki istiqamətdə "yaxşı xəbər" gözlədiyini söyləyib.
Əvvəllər bildirilirdi ki, "Moldovaqaz" şirkəti sentyabrda "Qazprom"a qaz tədarükü üçün vaxtında ödəniş edib, həmçinin, oktyabr ayı üçün avans ödənişi edib. Bundan əvvəl isə məlum olub ki, "Moldovaqaz" tədarükdə fasilələrin qarşısını almaq məqsədilə "Qazprom"la hesablaşmaq üçün kredit alıb.
Eyni zamanda, Macarıstan hökumətində bildiriblər ki, Avropa İttifaqı tərəfindən dövlət şirkətlərinə qaz tədarükünə təsir göstərə biləcək yeni anti-Rusiya sanksiyalarının tətbiq edilməsinə yol verməyəcəklər.