SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rusiya və Belarus səfirləri Nobel mükafatının təqdimetmə mərasiminə dəvət edilməyib

Nobel Fondu Rusiya və Belarus səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəlib.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Nobel Fondu Rusiya və Belarus səfirlərini 2022-ci ildə Stokholmda keçiriləcək Nobel mükafatının təqdimetmə mərasiminə dəvət etməmək qərarına gəlib.
Bu barədə fondun press-relizində deyilir.
“Nobel Fondu İsveçdə yerləşən səfirləri dəvət edir, lakin Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar fond Rusiya və Belarus səfirlərini Stokholmda keçiriləcək Nobel mükafatı mərasiminə dəvət etməmək qərarına gəlib”, - məlumatda deyilir.
Qeyd edək ki, Nobel mükafatları illik beynəlxalq mükafatdır. Bu mükafat Alfred Nobelin 27 noyabr 1895-ci il tarixində yazılan vəsiyyətnaməsi əsasında qurulub və 30 dekabr 1896-cı ildə Stokholmda qurulan dərnək tərəfindən elan edilib. Bu, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır.
Alfred Bernard Nobelin ölümündən sonra qalan kapitalla Nobel fondu təşkil edilib. Nobel qardaşları şirkətinin səhmlərindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil edib. İlk Nobel Mükafatları 1901-ci il tarixində verilməyə başlanıb. Nobel mükafatının məbləği təxminən $1,4 mln.-a bərabərdir.