BAKI, 25 oktyabr — Sputnik. Qərbin Rusiyadan təcrid olunmasına ehtiyac yoxdur, lakin müstəsna dərəcədə çətin siyasi şəraitdə birbaşa ünsiyyət qurmağa ehtiyac var. Bunu parlamentdə çıxış edən Norveçin Baş naziri Yonas Qar Störe bildirib.
"Rusiyanın təcrid olunmasında yaxşı heç nə yoxdur. Bu gün bizim Rusiya ilə bu qədər seyrək təmaslarımız və birbaşa ünsiyyətimizin olmaması narahatedicidir", - deyə Störe qeyd edib.
Baş nazir onu da əlavə edib ki, dialoqun olmaması Ukrayna böhranının sülh yolu ilə həll olunmasına nail olmaq imkanını zəiflədir.
Störe deyib ki, dünyada mövcud siyasi şərait İkinci Dünya müharibəsindən sonra ən çətin dövrdür.
Bu yaxınlarda Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov bildirib ki, Rusiyanı təcrid və məhdudiyyətlər rejiminə salmaq cəhdləri ciddi şəkildə dəf ediləcək. Rusiya Prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiyanı təcrid etmək mümkün deyil. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bu yaxınlarda BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rusiyanın təcrid olunmasına dair bütün eyhamları yumoristik şəkildə rədd edərək, Rusiyanın təcrid olunmasını "çətin" adlandırıb və əlavə edib ki, bunu Nyu-Yorkdakı onlarla dostlarla birlikdə gözləyirlər.