BAKI, 25 oktyabr — Sputnik. Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın Ukraynada nizamlanma prosesinin irəliləməsi üçün danışıqlar masası arxasına əyləşməsini zəruri hesab edir.
Vatikana səfərindən sonra jurnalistlərə açıqlama verən Makron Ukraynada sülh prosesinin irəliləməsi üçün ABŞ-ın danışıqlar masası arxasına əyləşməsinə ehtiyacımız var deyib.
Fransa lideri qeyd edib ki, Roma Papası ilə ABŞ Prezidenti Co Bayden arasında yaxşı münasibətlər var.
"Papa ona təsir edə bilər ki, Birləşmiş Ştatlar Haiti və Ukraynadakı böhranların həllində iştirakını bərpa etsin", - Makron əlavə edib.
Fransa prezidenti həmçinin Roma Papası Fransiskdən Ukrayna böhranını həll etmək üçün Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Baydenə zəng etməyi xahiş edib.
Papa Fransisk Makronu bazar ertəsi Vatikanda qəbul edib. Bildirilib ki, pontifiklə Fransa dövlət başçısı arasında görüş 55 dəqiqə davam edib.