RUSİYA

Kremldən Britaniyada yeni baş nazirin seçilməsinə münasibət

Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, ölkəsi öz səmimiyyətini qoruyur və danışıqlar masası arxasında ən çətin məsələləri müzakirə etməyə hazırdır.
Sputnik
BAKI, 25 oktyabr — Sputnik. Kreml yeni baş nazirin gəlişindən sonra Londonla münasibətlərdə müsbət irəliləyişlərə ümid üçün zəmin və əsas görmür. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Oktyabrın 24-də Rişi Sunak Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının rəhbəri seçilib və baş nazir vəzifəsini icra edəcək.
"Xeyr, hazırda biz bunun üçün heç bir zəmin və əsas görmürük, yaxın gələcəkdə hər hansı müsbət irəliləyişlərin olacağına da ümid etmirik. Rusiya öz səmimiyyətini qoruyur və danışıqlar masası arxasında ən çətin məsələləri müzakirə etməyə hazırdır. Ancaq təbii ki, öz maraqlarına ziyan vurmadan", - Peskov jurnalistlərə açıqlamasında bildirib.
Xatırladaq ki, Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək hökumətə başçılıq edib. Böyük Britaniyanın baş naziri postundan istefa vermiş Liz Trass ərizəsini kral Çarlza təqdim edib.