DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan və Türkiyə nümayəndələri sərhədlərin açılmasını müzakirə edəcəklər

Ermənistan və Türkiyənin müvafiq qurum nümayəndələrinin sərhəddə keçiriləcək görüşündə hava yolu ilə birbaşa yükdaşımaları və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması müzakirə ediləcək.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Tezliklə Ermənistan və Türkiyənin müvafiq qurumları arasında baş tutacaq görüşdə hava yolu ilə yükdaşımaların reallaşdırılması barədə razılaşmanın icrası müzakirə olunacaq.
Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.
“Ermənistan və Türkiyənin müvafiq qurum nümayəndələrinin sərhəddə keçiriləcək görüşündə iyulda əldə olunmuş razılaşmaların icrası müzakirə ediləcək. Söhbət hava yolu ilə birbaşa yükdaşımaları və üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasından gedir”, - XİN rəsmisi əlavə edib.