BAKI, 25 oktyabr - Sputnik. Bu gün rəsmi olaraq Böyük Britaniyanın Baş naziri təyin olunan Rişi Sunak kabinet üzvlərini müəyyən etməyə başlayıb.
Ceyms Kleverli xarici işlər naziri, Ceremi Hunt maliyyə naziri, Ben Uolles müdafiə naziri vəzifələrini icra etməyə davam edəcək.
Bir həftə öncə Liz Trass hakimiyyəti zamanı istefa verən Suella Breyverman daxili işlər naziri olaraq öz vəzifəsinə geri dönüb.
Dominik Raab ədliyyə naziri və baş nazirin müavini vəzifəsinə qayıdıb.
Nadim Zahavi isə Mühafizəkarlar Partiyasının sədri təyin edilib.
Xatırladaq ki, Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək hökumətə başçılıq edib. Böyük Britaniyanın baş naziri postundan istefa vermiş Liz Trass ərizəsini kral Çarlza təqdim edib.