HƏRBİ

Azərbaycan Türkiyədən yeni raketlər ala bilər

Azərbaycan tərəfi “Roketsan” şirkətinin SOM, MAM-T və TEBER 81/82 tipli raketləri ilə maraqlanır.
Sputnik
BAKI, 25 oktyabr - Sputnik. Azərbaycan Türkiyədən yeni “hava-hava” tipli raketlər ala bilər.
Azərbaycan tərəfi “Roketsan” şirkətinin SOM, MAM-T və TEBER 81/82 tipli raketləri ilə maraqlanır.
Bundan əlavə, "Saha Expo 2022" çərçivəsində “Çakır” raketinin alınmasına dair də müzakirələr aparılır (APA).
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Türkiyədən MAM-L və MAM-C raketlərini əldə edib.
Bu arada "HAVELSAN” şirkəti “Barkan” insansız hərbi maşını yaxın zamanda Azərbaycanda sınaqdan keçirmək niyyətindədir.
Bu barədə pilotsuz aparatlar üzrə layihə müdiri Veysel Ataoğlu deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə tərəfi bununla bağlı danışıqlar aparır.
Şirkət rəsmisi onu da qeyd edib ki, “HAVELSAN” gələn il Azərbaycanda istehsalata başlaya bilər: “Təklifimizi Azərbaycan tərəfinə təqdim etmişik və bu məsələ ilə bağlı işlər gedir. Bizim üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələri arasında fərq yoxdur. Hər cür dəstəyi verməyə hazırıq”.
Azərbaycan Türkiyədən insansız zirehli maşın almaq istəyir və bir müddətdir bununla bağlı danışıqlar aparılır.
HƏRBİ
Zakir Həsənov İstanbulda Hulusi Akarla görüşüb