BAKI, 25 oktyabr — Sputnik. Birləşmiş Ştatlar Co Baydenin arxasındakı "kölgə hökuməti" tərəfindən idarə olunur. Prezidentin özü isə "qərar qəbul etmək iqtidarında olmayan və idarə edilən kukladan başqa bir şey deyil".
"Fox News" xəbər verir ki, bu fikri ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudia Tenni deyib.
Konqresmen bir televiziya kanalına müsahibəsində "Bayden çölə çıxır, onu işə salırlar və o, "kölgə hökuməti"nin və arxasındakı heyətin ona təqdim etdiyi tezisləri ortaya qoyur" deyib.
Onun sözlərinə görə, Amerika liderinin hərəkətləri onun bacarıqsızlığına dəlalət edir. Tenni hesab edir ki, Bayden prezident olmağa qadir olub-olmadığını öyrənmək üçün koqnitiv testdən keçməlidir.
Bundan əvvəl, "Fox News"un aparıcısı Co Baydenin prezidentliyinin nəticəsi olaraq onu "xaos kralı" adlandırıb.
Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidentinin Ağ Evin çəmənliyində ağacəkmə mərasimindən sonra yolu itirdiyi bildirilmişdi.