HADİSƏ

Xınalıqda avtomobil dərədən aşıb: ölən var

Bildirilir ki, 1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Qubanın Xınalıq kəndində ölümlə nəticələnən yol qəzası baş verib.
1974-cü il təvəllüdlü Şıxbaba Hacıyev dumanlı hava şəraitində idarə etdiyi "VAZ 2106" markalı avtomobillə torpaq yolda idarəetməni itirib.
Nəticədə avtomobil dərədən aşıb. Sürücü ağır xəsarət alıb, avtomobildə olan sərnişin 1978-ci il təvəllüdlü Rauf Lalayev isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (APA)
Xatırladaq ki, bir müddət əvvəl Siyəzən rayonunun Zarat kəndi ərazisində mikroavtobus aşmışdı.
Qəza nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilmişdilər. Faktla bağlı araşdırmalar aparılır.