RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna ordusu bir gündə 3 PUA və 11 zirehli döyüş maşını itirib - Rusiya MN

Rusiya Müdafiə Nazirliyi bildirib ki, xüsusi əməliyyat başlayandan Ukrayna ordusunun ümumilikdə 320-dən çox təyyarə, 160 helikopter, 2300 PUA, 380 zenit-raket kompleksi, 6000 tank və digər zirehli döyüş texnikası məhv edilib.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Xüsusi əməliyyat başlayandan Ukrayna ordusunun ümumilikdə 320-dən çox təyyarə, 160 helikopter, 2300 PUA, 380 zenit-raket kompleksi, 6000 tank və digər zirehli döyüş texnikası məhv edilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, son sutka ərzində Rusiyanın hava hücumundan müdafiə sistemləri 21 ədəd HIMARS və "Olxa" reaktiv yaylım atəş sistemləri mərmisini, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus üç PUA-nı vurub.
Qeyd olunur ki, Rusiya aviasiyası, raket qoşunları və artilleriyası 174 rayonda canlı qüvvə və hərbi texnikanı vurub, Xarkov vilayətində silah-sursat anbarını məhv edib.
"Nikolayev-Krivoy Roq istiqamətində düşmən taborun taktiki qrupunun qüvvələri ilə Xerson vilayətində rus qoşunlarının mövqelərinə uğursuz hücum edib. Rusiya artilleriyasının atəş nöqtələrinə və hədəfə dəqiq zərbələri nəticəsində 80-dən çox ukraynalı hərbçi, 11 zirehli döyüş maşını və 15 avtomobili məhv edilib", - deyə nazirlikdən bildirilib.
Onun sözlərinə görə, Cənubi Donetsk istiqamətində 25 ukraynalı hərbçi, bir tank, üç piyada döyüş maşını və iki avtomobil məhv edilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, operativ-taktiki və ordu aviasiyasının, raket qüvvələrinin və artilleriyasının zərbələri Ukrayna qoşunlarının Xarkov, Xerson və Nikolayev vilayətlərindəki dörd komanda məntəqəsinə, atəş mövqelərindəki 72 artilleriya bölməsinə zərbələr endirib.
Rusiya Federasiyası Müdafiə Nazirliyinin xəbər verir ki, xüsusi əməliyyat başlayandan indiyədək 325 təyyarə, 162 helikopter, 2326 pilotsuz uçuş aparatı, 383 zenit-raket kompleksi, 6020 tank və digər zirehli döyüş texnikası, 874 reaktiv yaylım atəşi sistemi, 3521 səhra artilleriyası və minaatan, həmçinin, 6741 ədəd xüsusi hərbi avtotexnika məhv edilib.