BAKI, 24 oktyabr — Sputnik. Bu ilin üçüncü rübündə ölkə daxilində 2,5 mlrd. kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur.
SOCAR-dan verilən məlumata görə, ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.
"Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 mln. ton neft, 898 mln. kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb", - məlumatda qeyd olunub.
Məlumata əsasən, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.