Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Müdafiə Nazirliyi Ermənistan mövqelərinin atəşə tutulması ilə bağlı məlumatı təkzib edib

Nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumatın həqiqəti əks etdirmədiyi virğulanıb.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsin pozulması barədə xəbərini təkzib edib.
Nazirlikdən verilən məlumata görə, oktyabrın 24-ü saat 20:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələrinə müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.
"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda bildirilir.