RUSİYA

Kreml Rusiya-Azərbaycan-Ermənistan sammitinin tarixini və yerini açıqlayacaq - Peskov

Rusiya XİN rəsmisi bildirib ki, sammitdə bütün üçtərəfli və ikitərəfli məsələlərin müzakirəsi planlaşdırılır.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. Rusiya Rusiya-Azərbaycan-Ermənistan sammitinə hazırlaşır. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya-Azərbaycan-Ermənistan sammiti hazırlanır. Onun keçirilmə tarixi və yeri barədə Kreml məlumat verəcək”, - deyə Peskov bildirib.
Bir müddət əvvəl Rusiya lideri Vladimir Putin MDB-nin Astanada keçirilən sammitində Rusiya Federasiyası-Azərbaycan-Ermənistan üçtərəfli sammitinin keçirilməsini təklif edib.
Onun sözlərinə görə, tərəflər belə bir görüşün keçirilməsinə maraq göstəriblər. O, “istənilən vaxt Rusiyada: Soçidə, Sankt-Peterburqda, Moskvada” görüş təşkil etməyi təklif edib.
Bazar ertəsi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Putin artıq Əliyevlə Paşinyanı görüşə dəvət edib. O əlavə edib ki, sammit zamanı bütün üçtərəfli və ikitərəfli məsələlərin müzakirəsi planlaşdırılır.