Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Delimitasiya komissiyalarının növbəti iclası bu tarixdə keçiriləcək - KİV

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə dövlət komissiyalarının üçüncü iclası keçiriləcək.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Noyabrın birinci həftəsində Brüsseldə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə dövlət komissiyalarının üçüncü iclası keçiriləcək.
Bu barədə Ermənistan KİV məlumat yayıb.
Təfərrüat isə hələ ki, məlum deyil.
Qeyd edək ki, komissiyaların sonuncu iclası avqustun 30-da Moskvada keçirilmişdi.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Çexiyanın paytaxtı Praqada keçirilən görüşdə Bakı və İrəvan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq barədə razılıq əldə etmişdilər.