CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dağlarda havanın temperaturu 6 dərəcəyə düşəcək

Paytaxtda havanın temperaturunun gündüz saatlarında 17-20° arasında dəyişəcəyi bildirilir.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gündüz saatlarında 17-20° isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava hökm sürəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu 15-20° isti, dağlarda 6-10° isti olacaq.