HADİSƏ

Azərbaycanda doğuşda ölümə görə həkimə cinayət işi açılıb

"Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Sputnik
BAKI, 24 oktyabr — Sputnik. Şirvan şəhər sakini Aytac Miriyevanın 26 avqust 2022-ci il tarixdə "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Ginekologiya və doğum şöbəsində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılıb.
Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxanada mama-ginekoloq həkim vəzifəsində işləyən Sevinc Alışova tərəfindən müayinələr əsasında diaqnozun düzgün təyin edilməməsi, doğuş prosesinin başa çatdırılma üsulunun ona təyin edilmiş diaqnoza uyğun düzgün seçilməməsi, şəkərli diabetlə bağlı iri dölə əsasən tibbi göstəriş əsasında doğuşu cərrahi yolla başa çatdırmaması nəticəsində yenidoğulmuş uşaq ölüb.
Şirvan şəhər prokurorluğunda Sevinc Alışova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.