MƏDƏNİYYƏT

Azərbaycan və Türkiyənin sənətkarlarını "Qardaşlıq dastanı" birləşdirdi - VİDEO

Ümumilikdə on iki səhnədən ibarət olan tamaşada 100-dən çox türkiyəli və azərbaycanlı artist iştirak edir.
Sputnik
BAKI, 24 oktyabr - Sputnik. “Qardaşlıq dastanı” səhnələşdirilmiş rəqs tamaşası oktyabrın 29-31-də Bakıda Heydər Əliyev Sarayının səhnəsində, noyabrın 2 və 3-də isə Gəncə Dövlət Filarmoniyasında nümayiş olunacaq.
Layihə Azərbaycan Mədəniyyət Nazirliyi Yunus Əmrə İnstitutunun filialı tərəfindən həyata keçirilir. Onun məqsədi incəsənət vasitəsilə dünya xalqlarını Azərbaycan və Türkiyə arasında zəngin mədəni irs və qardaşlıq münasibətlərinin tarixi ilə tanış etməkdir.
Tamaşada 100-dən çox türkiyəli və azərbaycanlı aktyor və rəqqas iştirak edir. Quruluş iki pərdə və 12 səhnədən ibarətdir.
“Qardaşlıq dastanı” ilk dəfə 2021-ci ildə Türkiyədə tamaşaya qoyulub və İstanbul, Ankara, İzmir, Konyada uğurla nümayiş olunub. 2022-ci ildə Azərbaycan dünya turnesi çərçivəsində tamaşanın nümayiş etdiriləcəyi ilk ölkə olacaq.
Daha sonra tamaşanı Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Misir, Qətər və Çində tamaşaçıları da izləyə biləcəklər. Tur 2023-cü ilin sonuna qədər davam edəcək.