RUSİYA

Zaxarova: "Macarıstan uzun müddətdir Qərb üçün problem olub"

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd edib ki, Macarıstana doğru atılan son addımlardan biri, mətbuatın yazdığına görə, baş nazir Viktor Orbanın əleyhdarlarının dəstəklənməsi olub.
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Macarıstan Qərb dövlətlərinin, ilk növbədə ABŞ-ın narazılığına səbəb olur. Ölkə hakimiyyəti ABŞ-ın “baraban gurultusu”na qoşulmaq istəmir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Rusiya XİN sözçüsü bildirib ki, bununla belə müxtəlif yollarla Budapeştlə barışmağa çalışırlar.
“Macarıstan çoxdan Qərb üçün problem olub. Bir tərəfdən, Aİ və NATO-nun üzvüdür, lakin digər tərəfdən, xaricdə [ABŞ-da] Kapitolinin baraban səsi ilə ayaqlaşmaq istəməyən bir dövlət kimi davranır və bu qəbul edilmir. Onlar Brüsselin cərimələri ilə hədələdilər və Macarıstanı demokratiya deyil, “seçki avtokratiyası” kimi tanıdılar və açıq şəkildə müstəqil siyasətə görə iqtisadi nəticələrinin olacağı ilə hədələdilər”, - deyə Zaxarova yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin qeyd edib ki, Macarıstana doğru atılan son addımlardan biri, mətbuatın yazdığına görə, baş nazir Viktor Orbanın əleyhdarlarının dəstəklənməsi olub. Onun sözlərinə görə, söhbət ABŞ-dan Macarıstan müxalifətinin xeyrinə maliyyə əməliyyatlarından gedir.
“Belə çıxır ki, Budapeştdə müxalifət maliyyələşdirilib. Macarıstanın "Modyar Nemzet" qəzeti Viktor Orbanın əleyhdarlarının sol-liberal koalisiyasının Amerikanın Demokratiya Naminə Fəaliyyət QHT-si tərəfindən maliyyələşdirilməsi ilə bağlı araşdırma dərc edib" - deyə Zaxarova vurğuladı.
Bundan əvvəl Orban ABŞ-dan alınan enerjiyə görə 5-10 dəfə artıq pul ödəməklə Avropanın itirdiyini bəyan etmişdi.