Yaşı otuzadək olan şəxslər arasında boşanmalar niyə çoxdur

Ekspert bildirir ki, qarşı tərəfdə tələbatını tapa bilmədikdə həm xanımlar, həm kişilər rahat şəkildə bir-birlərini aldada bilirlər, digər ünvana üz tuturlar.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Otuz yaşadək olan şəxslər arasında evliliyin ilk beş ilində boşananların sayı üstünlük təşkil edir. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur.
Azərbaycanda cütlüklərin böyük hissəsi elə evliyiliyin ilk illərində övlad dünyaya gətirir. Bu boşanmalar isə natamam ailələrin yaranmasına səbəb olur.
Sosioloq Üzeyir Şəfiyev Sputnik Azərbaycaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda ailə quran cütlüklər evliliyin ilk illərində övlad sahibi olmaq istəyirlər:

"Bizim cəmiyyət ailəni daha çox təkrar istehsal institutu olaraq düşünür. Lakin Azərbaycandan fərqli olaraq qərb, Avropa ölkələrində vəziyyət fərqlidir, onlar evliliyin 3-5 və sonrakı illərində övlad sahibi olmaq, bu müddətdə bir-birlərini daha yaxından tanımaq istəyirlər. Lakin Azərbaycanda isə daha çox ailəni övlad sahibi, cəmiyyətə faydalı olmaq üçün qururlar".

Ailə, arxiv şəkli
Mütəxəssis bildiri ki, 3-5 il ailənin böhran və ən riskli dövrüdür:
"Bu müddətədən sonra ər və arvadın əsl kimlikləri üzə çıxır və ailədə psixoolji savaşlar yarana, uyğunsuzluqlar ortaya çıxa bilir. Bu zaman daha çox dəyər və mədəniyyətlərin toqquşması baş verir".
Ekspert təklif edir ki, ailə qurarkən psixoloji testlərin də keçirilməsi daha məqsədəuyğundur:
"Cütlüklərin psixoloji-diaqnostik qiymətləndirilməsinin aparılması çox yaxşı olardı", - deyə o bildirir.
Ü.Şəfiyev deyir ki, bəzən bir şəxsin yaxşı vəzifədədir, yaxşı bir işdədir deyə onunla ailə qurulması düzgün deyil:
"Çünki sonra xəyallar puç olur. Gec də olsa cütlüklər başa düşür ki, xoşbəxt ailə puldan deyil, sevgi, inam, qarşılıqlı hörmətdən ibarət olmalıdır".
Mütəxəssis bilriri ki, ailələrdə boşanmalar natamam uşaqların da sayını artırır. Bu zaman da boşanmaya həssas bir gənclik yetişmiş olur.

"Çünki boşanma baş vermiş ailələrdən çıxan şəxslər arasında da boşanmaya meyllənmə var. Boşanmış ailələrdən çıxan şəxslərin nikahları daha az dayanıqlı olur, nəinki digər şəxslərin. Təbii ki, bu kimi hallaırn baş verməməsi üçün yxşı olardı ki, gənclər bir-birlərini tanısınlar. Bəzən olur ki, şəxslərin xarakterləri uyğun gəlir, lakin bioloji, fizioloji baxımdan bir-birlərinin tələbatlarını ödəyə bilmirlər. Cütlüklər uğurlu evlilik üçün bir-birlərini hər mənada təmin etməlidirlər", - deyə ekspert əlavə edib.

O deyir ki, əvvəllər cütlüklər xəyanətdən, zinadan qorxsa da, artıq dəyərlərin deqradasiyası var:
"Artıq xəyanət də normal qəbul edilir. Həm xanımlar, həm kişilər bu stereotipləri atıblar. Qarşı tərəfdə tələbatını tapa bilmədikdə rahat şəkildə bir-birlərini aldada bilirlər, digər ünvana üz tuturlar".
Mütəxəssis həmçinin boşanmalarda serialların, sosial şəbəkələrin də təsirinin olduğu qənaətindədir.
Ü.Şəfiyev son illərdə gənclərin daha gec ailə qurduqlarını əsas göstəərək bundan sonra da övladı müəyyən illərdən sonra planlaşdırmağın da onlar üçün gec olduğunu bildirib:

"Qadınlar daha çox 23-24, kişilər isə 30-35 yaşında ailə qurmağa üstünlük veridkləri üçün övladın dünyaya gəlməsini gecikdirmək lazım deyil. Çünki belə olan halda övlad dünyaya gətirmək özü də müəyyən müddətdən sonra problemə çevrilir. Çünki yaş artdıqca reproduktiv imkanlar zəifləyir. Övladın ailəyə ancaq müsbət təsiri var. Sadəcə olaraq ailə qurmazdan öncə ailə məsuliyyətini dərk etmək lazımdır. İstənilən konfliktdən ailə dağılmamlıdır, uşaqlar üçün daha sağlam mühit yaradılmalı, onlar cəmiyyətdə natamam böyüməməlidirlər".

Evliliyin ilk 3-5 ilinin çətin dövr olduğunu deyən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi, ekspert Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu müddət vaxtilə iki ayrı sosial mühitdə yaşayan şəxslərin bir damın altında yaşaması dövrüdür:
"Yeni qurulan ailələrə maksimum dəstək göstərmək, intriqa yaratmaqdansa, əskinə münasibətlərin düzəlməsinə çalışmaq lazımdır".
Aynur Veysəlova
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, evliliyin ilk 5 ilinədək 20-24 yaşlı kişilər arasında 401, 25-29 yaşda isə 1802 boşanma halı qeydə alınıb. Evliliyin ilk beş ili ilə müqayisədə evliliyin ilk 5-9 ilində boşanma sayı isə azdır. Belə ki, evliliyin 5-9-cu illərində 20-24 yaşlı kişilər arasında 20, 25-29 kişilər arasında isə 794 boşanma halı qeydə alınıb.
Qəribədir ki, evliliyin 10-19 ilində 25-29 yaşlı kişilər arasında 18 boşanma qeydə alınıb. Yəni bu da onu dmeəyə əsas verir ki, Azərbaycanda kişilər arasında da daha erkən, 10 yaşında da ailə münasibətinə girənlər var.
Qadınlara gəldikdə isə rəqəmlər bir qədər də fərqlidir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 18 yaşadək olan şəxslər arasında evliliyin ilk 5 ilində 5 boşanma halı qeydə alınıb. 18 yaşlılar arasında evliliyin ilk 5 ildə 30, 19 yaşlılar arasında evliliyin ilk 5 ilində 145, 20-24 yaşlılr arasında evliliyin ilk 5 ilində 1798, 5-9 ilində isə 409 boşanma qeydə alınıb.
25-29 yaşlılar arasında evliliyin ilk 5 ilində 1637, 5-9 ilində isə 2 183, 10-19 ilində isə 435 boşanma qeydə alınıb. Yəni 29 yaşlılar arasında evliliyin 19-cu ilində boşanma o deməkdir ki, bu şəxs təxminən 10 yaşında birgə münasibətdə olub. Xüsusən də 30 yaşadək olan şəxslər arasında evliliyin ilk illərində boşanmaların sayı üstünlük təşkil edir.