RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukraynanın 5 sursat anbarı məhv edilib - Rusiya Müdafiə Nazirliyi

Ukrayna Hərbi Hava Qüvvələri üçün 100 min tondan çox aviasiya yanacağının saxlanıldığı anbarın dağıdıldığı bildirilir.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. Rusiyanın əməliyyat-taktiki və ordu aviasiyası, o cümlədən raket qoşunları və artilleriyası Ukraynaya məxsus beş sursat anbarını, bir neft anbarını və aviasiya üçün yanacaq anbarını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Ukrayna qoşunlarının komandanlıq məntəqəsinin də vurulduğu bildirilir.
“Xarkov vilayətinin Kupyansk-Uzlovaya və Dvureçnaya, Xerson vilayətinin Trifonovka, Donetsk Xalq Respublikasının Torskoye və Nikolayev şəhərinin yaşayış məntəqələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin 5 silah-sursat anbarı məhv edilib”, - deyə Rusiya MN-in hesabatında bildirilir.
Qeyd olunur ki, Dnepropetrovsk vilayətində Ukrayna hərbçilərinin hərbi texnikası üçün dizel yanacağı olan neft anbarının dağıdıldığı dəqiqləşdirilir. Bundan əlavə, Çerkassı vilayətində Ukrayna Hərbi Hava Qüvvələri üçün 100 min tondan çox aviasiya yanacağının saxlanıldığı yanacaq anbarı dağıdılıb. Həmçinin Zaporojye vilayətində Ukrayna hərbçilərinin komanda məntəqəsi vurulub.
Bundan əlavə, Ukrayna qoşunlarının "Donetsk Xalq Respublikası" və Xarkov vilayətindəki bölmələri, həmçinin 167 rayonda atəş mövqelərindəki 67 artilleriya bölməsi, canlı qüvvə və hərbi texnika vurulub.
Rusiya Müdafiə Nazirliyi bazar günü bildirib ki, ümumilikdə RF-in xüsusi hərbi əməliyyatı zamanı 6 minə yaxın Ukrayna tankı və digər zirehli döyüş maşını artıq məhv edilib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan 325 təyyarə, 162 helikopter, 2323 pilotsuz uçuş aparatı, 383 zenit-raket kompleksi, 5997 tank və digər zirehli döyüş texnikası, 874 reaktiv yaylım atəşi döyüş maşını, 3517 ədəd səhra artilleri. və minaatan, o cümlədən 6720 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib”, - deyə Nazirliyin məlumatında qeyd olunur.