BAKI, 23 oktyabr — Sputnik. Prezident postunda qalsaydım, Ukraynada hərbi eskalasiyaya yol verməzdim. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“İndi isə bizdə bunun nəticəsində yüz minlərlə insan nəzəri cəhətdən ölə bilər. Mən prezident olsaydım, neft qiymətləri aşağı olacaqdı, bu insanlar həyatını itirməyəcəkdi, eskalasiya heç vaxt baş verməyəcəkdi”, - Tramp əlavə edib.
“Newsmax” telekanalının yayımladığı mitinqdə ABŞ-ın Texas ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putini yaxşı tanıyır və o heç vaxt hərbi eskalasiyaya getməzdi.
Bundan əvvəl Tramp bildirib ki, Ukraynadakı böhrana son qoymaq üçün dərhal danışıqlara başlamaq lazımdır, əks halda vəziyyət üçüncü dünya müharibəsinə çevrilə bilər.