RUSİYA

İrkutskda qırıcı təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub - video

Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əhali arasında tələfat yoxdur. Təbii fəlakət nəticəsində yaranan yanğın 200 kvadratmetr ərazini əhatə edib.
Sputnik
BAKI, 23 oktyabr - Sputnik. İrkutskda Su-30 qırıcısının ikimərtəbəli evin üzərinə düşməsi nəticəsində iki pilot həlak olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, əhali arasında itki yoxdur. Hadisə nəticəsində yaranan və 200 kvadratmetr ərazini əhatə edən yanğın lokallaşdırılaraq söndürülüb.
İrkutsk vilayətinin qubernatoru İqor Kobzev də yerli sakinlərdən heç birinin xəsarət almadığını təsdiqləyib. Rusiya Federasiyasının İstintaq Komitəsi təyyarənin qəzaya uğraması faktı ilə bağlı hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açıb.
“Rusiya İstintaq Komitəsinin istintaq orqanları İrkutsk vilayətində aviaşirkətə məxsus və sursatsız sınaq uçuşu həyata keçirən Su-30 təyyarəsinin qəza faktı ilə bağlı İrkutsk vilayətində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açıb. Təyyarə ikimərtəbəli yaşayış binasının üzərinə düşüb", - deyə qurumun məlumatında deyilir.
Qeyd olunur ki, hadisə yerində müstəntiqlər və məhkəmə-tibb ekspertləri işləyir.
Xatırladaq ki, İrkutskda Su-30 təyyarəsi Novo-Lenino mikrorayonunda yerləşən ikimərtəbəli taxta yaşayış binasının üzərinə düşüb.