CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda birdəfəlik uşaqpulunun artırılması realdırmı?

Azərbaycanda birddəfəlik uşaqpulunun artıırlması ilə bağlı yenidən təkliflər gündımdədir. Bəs bu nə dərəcədə realdır?
Sputnik
BAKI, 23 oktyabr — Sputnik. Aztəminatlı və çoxuşaqlı ailələrin böyük sosial dəstəklərə ehtiyacları var. Belə addımların atılması həm də demoqrafik proseslərin təşviqinə görə əhəmiyyətlidir. Çünki ölüm doğuş arasında saldo bir qədər ölümün xeyrinə olaraq dəyişir. İnfilyasiya saldosu yüksək olduğundan ailələrin maddi durumları da aşağı səviyyədədir. Belə olan halda ailələrin dayanıqlılığı artar, boşanmalar azalar.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Millət vəkili Tahir Kərimlinin yenidoğulan uşaqlara görə 2 min dollar verilməsi ilə bağlı təklifini dəstəkləyən sosioloq qeyd edir ki, bundan əlavə körpəsi yeni doğulan ailələrin məşğulluq məsələsi gücləndirilməli, bu məsələyə xüsusi diqqət ayrılmalıdır: "Belə praktik layihələr olarsa, biz daha çox strateji hədəflərə çatmış olarıq".
O qeyd edir ki, yenidoğulan körpələr üçün həm birdəfəlik verilən, həm də aylıq verilən məvacibləri artırmaq lazımdır. Sosiloq təklif edir ki, belə ailələrin xərclərinin azaldılması, sosial durumlarının yaxşılaşdırılması üçün uşaq qidalarının da qiymətləri aşağı salınmalıdır: "Bu qidaların satışına nəzarət olarsa, daha yaxşı olar. Belə olan halda uşaq qidaları ailələr üçün daha əlçatan olar".
Sosioloq təklif edir ki, mütəmadi olaraq uşaq qidaları ilə bağlı monitorinqlər aparılmalıdır, bazarda inhisarçılıq aradan qaldırılmalıdır: "Belə olanhalda daha dayanıqlı qiymətlərlə qarşılaşrıq və qiymətlər bizə bir o qədər də təsir etməz. Bundan başqa, araşdırma aparılmalıdır ki, bir uşağın böyüdülməsi üçün aylıq nə qədər vəsait xərclənir. İqtisadi göstəricilərin təhlili əsasında mütəmadi olaraq uşaq pulları artırılmalıdır".
Yaxşı olardı ki, güzəştli mənzillər kateqoriyası çoxuşaqlı ailələrə də şamil edilsin, onlara daha həssas yanaşılsın və mənzil şəraitləri yaxşılaşdırılsın.
Üzeyir Şəfiyev bildirir ki, bu cür ailələr dövlət üçün yükə çevrilməkdən daha çox özləri özlərini təmin etməli və bunun üçün hökumət tərəfindən şəriat yaradılmalıdır.
Bundan başqa, sosioloq təklif edir ki, mövcud durum nəzərə alınaraq 3-4 övladı olanlar da çoxuşaqlı ailə hesab edilə bilər: "Belə ailələrə də sosial dəstək verilməlidir. Çünki artıq övlad sayı 5-dən çox olan ailələrin sayı azalıb. Son illərdə 1-2 övladlılığa daha çox üstünlük verilir".
İqtisadçı Natiq Cəfərli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əslində Azərbaycanda demoqrafik vəziyyət getdikcə qəlizləşir: "Beynəlxalq hesabatlarda da Azərbaycanda demoqrafik vəziyyətlə bağlı xoş olmayan mənzərənin yarandığını görə bilərik. Belə olan halda yenidoğulan körpələri olan ailələr üçün xüsusi proqramın qəbuluna ehtiyac var".
"Lakin iqtisadçı olaraq düşünürəm ki, bazara atılan hər əlavə vəsait infilyasiyanı tətikləyir. Ona görə də birdəfıik məvacibi zamana - aylara bölmək daha yaxşı olardı. Çünki belə ailələrin sosial vəziyyətinə təsir edəcək bir mexnaizmin yaradılmasına ehtiyac var. Azərbaycanın iqtisadi durumu bunu həll etmək üçün müəyyən qədər imkanlar da verir", - deyə iqtisadçı əlavə edib.
Ekspert fikriin daha detallı şərh edərək deyir ki, yenidoğulmuş uşaqlara görə ola bilər ki, vəsaiti birdəfəlik ödənilməsinə deyil, aylara bölərək il ərzində ödəmək daha məntiqli olar: "Çünki bu vəsait birdəfəlik ödəniş kimi verilsə, əlavə infilyasiya təzyiqi yaradacaq. Birdən-birə 2 min dollar verilməsi isə çətin olar. Düşünürəm ki, birdəfəlik yardım kimi deyil, hər ay ailələrə uşaqların dolandırılması, yardım üçün 100 manatın verilməsi üçün iqtisadi xəritəni hazırlamaq lazımdır".
"Mən daha çox liberal-iqtisadi modeli dəstəkləyirəm, ona görə də dövlətin pul paylamaq modelinə o qədər də xoş baxmıram. Amerikan filosofunun bir sözü var ki, dövlət sizə nəsə versə, mütləq ki, nəyisə əlinizdən alacaq. Dövlətin əsas hədəfi vətəndaşlaırn sosial vəziyyətlərinin yaxşılaşıdırlması üçün müxtəlif yolları tapmaqdır. Bunun üçün vergi və gömrük rüsumları aşağı salına bilər", - deyə N.Cəfərli bildirib.
O qeyd edir ki, belə ailələrə yardım üçün həmçinin uşaq qidaları və bezlərinə görə vergilər aşağı salına bilər: "Nə üçün bu məhsulların 15 faiz gömrük rüsumu, 18 faiz əlavə dəyər vergisi olsun? Vergi və gömrük rüsumları aşağı salınmaqla da, belə ailələrn sosial durumlarını yaxşılaşdırmaq olar".
Millət vəkili Tahir Kərimli bildirib ki, xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. O bildirib ki, bir çox neft-qaz ölkələrində bu təcrübə var.
Qeyd edək ki, 2019-cu ilədək Azərbaycana uşaqpulu 190 manat, 2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Hazırda isə birdəfəlik müavinət olaraq uşaq pulu 300 manatdır.