HADİSƏ

Sabirabad şəhərində bazar yanır

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Sputnik
BAKI, 22 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
FHN Sumqayıtda yanğın-taktiki təlim keçib