BAKI, 21 oktyabr — Sputnik. "WhatsApp"da "Zəng keçidi yaradın" adlı yeni funksiya yaradılıb.
"WhatsApp" istifadə edən hər bir kəs bu keçid vasitəsilə zəngə qoşula bilər. Təhlükəsizlik baxımından keçidi yalnız dostlarınız və ya ailə üzvlərinizlə paylaşın. Trend-in məlumatına görə, buna bənzər funksiya "Zoom" və "Google Meet" tətbiqlərində də mövcuddur.
Bu yeni funksiya hələ ki, hamı üçün aktiv deyil. Keçidi qəbul etmiş istifadəçilər isə onun vasitəsilə messencer daxilindəki audio və videozənglərə qoşulmaq imkanına sahib olacaqlar.
Keçidi yaratmaq üçün "Zəng keçidi yaradın" bölməsinə daxil oluruq. Zəng növü seçirik. Bu "audio" və ya "videozəng" ola bilər. Daha sonra yaratdığınız keçidi digər istifadəçilərə göndərə bilərsiniz.