RUSİYA

"Şimal axını" terror aktını törədənlərin adları çəkilsə, Avropada çoxları heyrətlənəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya diplomatik kanallar vasitəsilə terror aktının təhqiqatına cəlb olunması üzərində işləyir.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Şimal axınına hücumun səbəbkarları açıqlansa, Avropada çoxları heyrətlənəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya diplomatik kanallar vasitəsilə terror aktının təhqiqatına cəlb olunması üzərində işləyir, lakin, hələ ki, "heç bir şəkildə qarşılıqlı əlaqədə olmaq istəməmək və həqiqəti birlikdə sonuna qədər öyrənməmək" adlı divarla toqquşur".
"Bu həqiqət ictimaiyyətə açıqlansa, Avropa ölkələrində çoxlarını heyrətləndirəcək", - deyə Peskov əlavə edib.
Terror aktları sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərində - "Şimal axını" və "Şimal axını-2"də baş verib.
Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etmək mümkün olmadığını bildirib.
"Qazprom" oktyabrın 3-də bildirib ki, zədələnmiş "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində təzyiq sabitləşib, qaz sızması dayanıb və onun bütövlüyünü yoxlamaq üçün digər "Şimal axını-2" qaz kəmərindən qaz çəkilir.
Öz növbəsində, İsveç Sahil Mühafizəsi həmin gün "Şimal axını-2"dən "daha kiçik" sızmanın davam etdiyini və hətta bir qədər də artdığını bildirib.
Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı işin araşdırılmasına başlayıb.
Danimarkanın xarici işlər naziri Jeppe Kofod hökumətin Rusiyanın təxribatın təhqiqatında iştirakından və məsuliyyət daşıyanların müəyyən edilməsindən imtina etməkdə qərarlı olduğunu açıqlayıb.