RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya və ABŞ müdafiə nazirləri telefonla danışıblar

Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pentaqonun rəhbəri Lloyd Ostin ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"2022-ci il oktyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Telefon danışığı zamanı beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyət müzakirə edilib", - nazirlikdən bildiriblər.
Bir müddət əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirmişdi ki, Rusiya və ABŞ ölkələr arasında münasibətlərin çox pis vəziyyətdə olmasına baxmayaraq, strateji sabitlikdən danışmağa məhkumdurlar.
Eyni zamanda, səfir qeyd edib ki, rəsmi Vaşinqtonun Rusiya Federasiyasına münasibətdə ritorikası dəyişməyib və ABŞ-ın məqsədi dəyişməz qalıb: “Rusiyaya təzyiq etmək, yeni sanksiyalar tətbiq etmək, Rusiyanı məhv etmək”.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".