CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DOST agentliyi tender elan edib

DOST Agentliyi özünün və tabeliyindəki təşkilatların maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı açıq tender elan edib.
Sputnik
BAKI, 21 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi özünün və tabeliyindəki təşkilatların maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı açıq tender elan edib.
Tenderdə iştirak haqqı 450 manatdır.
İddiaçılar ilkin sənədləri noyabrın 15-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 23-ü, saat 16:00-a qədər agentliyin Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 86 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə noyabrın 24-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Məlumat üçün bildirək ki, DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb.
Agentliyin Nizamnaməsi və Strukturu Azərbaycan Respublikası Prezidentinin 387 nömrəli 10 dekabr 2018-ci il tarixli Fərmanına əsasən təsdiq olunub. 9 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ilk "DOST" mərkəzinin açılışı baş tutub.