BAKI, 21 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi Laçında iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Agentlikdən APA-ya verilən xəbərə görə, 2022-ci 21 oktyabr tarixində Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.
İlkin məlumata əsasən hadisə nəticəsində Həmidov Elsəvər Sovet oğlu və Həsənov Səbuhi Telman oğlu xəsarət alıb.
Minaya düşən şəxslər xəstəxanaya çatdırılıb. Hazırda onların müalicəsi davam etdirilir.
Agentlik bildirib ki, hadisə ilə bağlı aparılan araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.