BAKI, 20 oktyabr — Sputnik. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Zəngilanla bağlı "Twitter"də paylaşım edib.
Paylaşımda deyilir:
"Azad Qarabağın ikinci hava limanı Zəngilan hörmətli prezidentimiz Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə bu gün açılır. Hörmətli prezidentimiz və nümayəndə heyətini qarşılamaq üçün Zəngilandayıq".
Xatırladaq ki, oktyabrın 17-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncə terrorunun ildönümü ilə bağlı tədbirdə jurnalistlərə açıqlamasında üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gələcəyini bildirmişdi:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa enəcək. Biz bunun sevincini yaşayırıq".