BAKI, 20 oktyabr — Sputnik. Türkiyə hərbçilərinin Azərbaycanda yerləşdirilməsinə dair mandatın uzadılması təklif olunub.
Bunun bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim edilib.
Qanun layihəsində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindəki Türkiyə hərbçilərinin qalma müddətinin uzadılması qeyd olunub.
Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti vermişdi.
Qeyd edək ki, 2021-ci ilin 10 noyabrında Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha bir il uzadılmışdı. Noyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunmuş və təsdiqlənmişdi.