RUSİYA

Rusiya aeroportlarına uçuş məhdudlaşdırılması rejimi yenindən uzadıldı

Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejiminin müddətini oktyabrın 28-dək uzadıb.
Bu barədə "Rosaviasiya" məlumat yayıb.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 16-dək uzatmışdı.