Adətən payızda hər yerdə kəskin respirator xəstəliklərin artması müşahidə olunur. Müasir şəraitdə soyuqdəymə əlamətlərinin görünməsi ilə çoxları bunun COVID olub-olmaması ilə maraqlanır.
Mütəxəssislərin fikrincə, koronavirus və kəskin respirator xəstəliklərin simptomlarının oxşarlığına baxmayaraq, onları bir-birindən ayırmaq olar. Həm koronavirusa yoluxanlarda, həm də kəskin respirator infeksiyaları olan xəstələrdə ümumi zəiflik, yüksək hərarət, boğaz ağrısı, quru öskürək müşahidə edilir. Lakin xəstəliyin ilkin mərhələsində kəskin respirator infeksiyalara yoluxma zamanı görünməyən bəzi simptomlar (qoxu və dadın itirilməsi, ayaqların aşağı hissəsində səpgilər) görünə bilər. Bu şikayətlər koronavirusa yoluxanların hamısında müşahidə olunmur. Buna görə də, bu simptomların olmaması COVID-19-un mövcudluğunu istisna etmir.
Bu gün ölkədə epidemioloji vəziyyət necədir və qripdən necə qorunmağın yolları barədə oktyabrın 20-də saat 16.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində tanınmış virusoloq, Mərkəzi Neftçilər Xəstəxanasının infeksionisti Natiq Əliyev məlumat verəcək.
Tədbir "Sputnik Azərbaycan"ın sosial şəbəkədəki səhifəsində yayımlanacaq. https://www.facebook.com/SputnikAze/