NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft bahalaşır - Çin amili

Çin rəsmilərinin ölkədə karantin tədbirlərinin yumşaldılmasını müzakirə etməsi neft qiymətlərini bahalaşdırıb.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,69 dollar artaraq 93,1 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,2 dollar bahalaşaraq 86,75 dollar olub.
Azərbaycan neftinin qiyməti 1,83 dollar artaraq 93,27 dollar olub.
Qeyd edək ki, Çin rəsmilərinin ölkədə karantin tədbirlərinin yumşaldılmasını müzakirə etməsi neft qiymətlərini bahalaşdırıb.
Digər tərəfdən, qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar və OPEC-in hasilatı azaltması neft qiymətlərinə təsir göstərir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 dollardan götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.