PAYTAXT XƏBƏRLƏRİ

Bakıda oğurluq edən qadınlar saxlanılıb

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Sputnik
BAKI, 20 oktyabr — Sputnik. Bakıda evdən oğurluq edən qadınlar saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki evlərin birindən 3000 manat pul və 1415 manat dəyərində məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Aynurə Məmmədova və Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Samirə Süleymanova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Şəki şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq edilib. Şəhər rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən 3500 manat dəyərində müxtəlif məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
Qeyd edilib ki, M.Məmmədrəhimli ötən ilin əvvəllərində də törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.