DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə prezidenti Zelenskini danışıqlar yoluna dəvət etdi

Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Sputnik
BAKI, 19 oktyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası yanında Kommunikasiya İdarəsindən məlumat verilib.
Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son hadisələr müzakirə edilib.
Türkiyə Prezidenti danışıqlar yolu ilə müharibənin sona çatması üçün hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Ərdoğan Bartında baş verən mədən partlayışı ilə bağlı başsağlığına görə Zelenskiyə təşəkkür edib (Report).