RUSİYA

Putin Rusiya Federasiyası regionlarının rəhbərlərinə əlavə səlahiyyətlər verdi

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, indiki şəraitdə Rusiyanın bütün regionlarının rəhbərlərinə əlavə səlahiyyətlərin verilməsini zəruri hesab edir.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Rusiya Federasiyasının regionlarının rəhbərlərinə təhlükəsizliyin təmin edilməsi üçün əlavə səlahiyyətlər veriləcək. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"İndiki şəraitdə Rusiyanın bütün regionlarının rəhbərlərinə əlavə səlahiyyətlərin verilməsini zəruri hesab edirəm. Müvafiq fərman bu gün imzalanıb", - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, subyektlərin rəhbər vəzifəli şəxsləri insanların təhlükəsizliyinin təmin edilməsi, mühüm əhəmiyyət kəsb edən obyektlərin mühafizəsi və antiterror mühafizəsi, ictimai asayişin qorunması, iqtisadiyyatın dayanıqlığının artırılması istiqamətində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, o cümlədən, sənaye və xüsusi hərbi əməliyyat üçün lazım olan məhsulların istehsalını genişləndirməyə lazımi diqqət yetirməlidirlər.
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya prezidenti 4 bölgədə hərbi vəziyyət haqqında fərman imzalayıb