RUSİYA

Putin miqrasiya siyasətinə düzəlişlər etməyə çağırdı

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən yeni qlobal və regional amillər yaranır.
Sputnik
BAKI, 19 oktyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin dünyada miqrasiya sahəsində baş verən dəyişikliklər fonunda ölkənin miqrasiya siyasətinə düzəlişlər etməyə çağırıb.
"Təbii ki, dövlət miqrasiya siyasətinin hazırkı konsepsiyasına düzəliş etmək lazımdır. O, bütün mövcud və potensial çağırışları tam nəzərə almalı, qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün əsas olmalıdır", - Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib. .
O qeyd edib ki, dünyada vəziyyət dinamik şəkildə dəyişir, miqrasiya sferasına təsir edən yeni qlobal və regional amillər yaranır.
"Biz bu dəyişikliklərə operativ və effektiv cavab verməliyik, yeni reallıqların hərtərəfli təhlili əsasında işimizi təkmilləşdirməliyik. Mən 2020-ci ilin martında müvafiq göstəriş vermişəm və bu gün artıq görülən işlər, yaxın gələcəkdə hansı prioritetlərə diqqət yetirməli olacağımız barədə ətraflı hesabatlar gözləyirəm", - deyə prezident əlavə edib.
RUSİYA
Putinin yeni fərmanının detalları: xüsusi iş rejimi tətbiq edə biləcəklər