CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənilərin minaladıqları ərazilərlə bağlı daha bir sirri üzə çıxıb

Ermənilər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər və həmin ərazilərə metal qırıntıları səpiblər
Sputnik
BAKI, 19 oktyabr - Sputnik. “Ermənilər minaladıqları ərazilərə bilərəkdən xeyli miqdarda metal qırıntıları, mismar qalıqları səpiblər”.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Qurum sədri bildirib ki, Azərbaycanın minatəmizləyənləri mina təmizləmə işinə başlayan zaman ermənilərin daha bir mənfur əməlləri ilə üz-üzə qalıb:
“Belə ki, onlar işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsini çətinləşdirmək üçün bir çox əngəllər törədiblər və həmin ərazilərə metal qırıntıları səpiblər”.
“Ərazilərə səpilən metal qalıqları minatəmizləmə işlərinə çətinlik yaradır və mina detektorlarının işini ləngidir” - V.Süleymanov vurğulayıb (Report).