BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 19-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ( Ombudsman) təsisatının 20 illiyi münasibətilə "Biznes və insan hüquqları sahəsində ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Bakı Beynəlxalq Konfransı keçirilir.
Beynəlxalq konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honkonq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təşkilatlarının rəhbərləri və əməkdaşları, beynəlxalq qurumların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Milli Məclisin deputatları, QHT və media təmsilçiləri, həmçinin digər rəsmi şəxslər iştirak edirlər.
Qeyd edək ki, konfransın əsas məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahələrində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, eyni zamanda, biznes və insan hüquqları sahəsində mövcud tendensiyalar, çağırışlar haqqında müzakirələr aparmaq, bu sahədə müsbət ölkə təcrübələrini bölüşməkdir.