BAKI, 18 oktyabr — Sputnik. Türkiyə Azərbaycan ərazilərinin minalanması ilə bağlı hesabat tərtib edib. Bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bu gün Bakıda keçirilən Asiya Ombudsmanlar Assosiasiyasının iclasında çıxışı zamanı deyib.
Apa-nın xəbərinə görə, Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə Azərbaycan şəhərlərini bombaladığını xatırladan Şərəf Malkoç bildirib ki, nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər:
"Biz Ombudsman Səbinə Əliyevanın dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq".
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı təkcə Gəncə şəhəri 5 dəfə bombalanıb. Bundan başqa, Bərdə, Mingəçevir, Tərtər də ermənilər tərəfindən raket atəşinə tutulub.