BAKI, 18 oktyabr — Sputnik. Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi və şagirdlərin nümunəvi məktəbdaxili nizam-intizam qaydaları haqda layihə sənədi hazırlanıb.
Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.
Bu gün layihənin təqdimatı keçirilir. Təqdimat mərasimində təhsil ictimaiyyəti, millət vəkilləri və media nümayəndələri iştirak edib. (APA)
Qeyd edək ki, son günlər məktəblərdə bağlı bəzi xoşagəlməz hallar baş verir. Bir neçə gün öncə sosial şəbəkələrdə Bakıda 112 saylı tam orta məktəbdə şagirdin sinif otağında məktəbli yoldaşı tərəfindən döyülməsinin görüntüləri yayılıb.
Görüntülərdə bir məktəblinin digərinə qarşı fiziki təzyiq göstərdiyi, başqa birinin isə hadisəni videolentə aldığı məlum olub.