RUSİYA

RF Qərb ölkələrində əvvəlki mövcudluğunu saxlamaq üçün heç bir səbəb görmür - XİN

Lavrov vurğulayıb ki, hazırda Rusiya Xarici İşlər Nazirliyi həm xaricdə, həm də mərkəzi aparatda öz fəaliyyətinin coğrafi istiqamətini dəyişdirir.
Sputnik
BAKI, 18 oktyabr - Sputnik. Moskva Qərb ölkələrində əvvəlki mövcudluğunu saxlamaq üçün heç bir səbəb görmür və digər ölkələrlə işləməyə köklənəcək. RİA Novosti-nin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov diplomatik xidmətə qəbul olunan ali məktəblərin məzunları ilə görüşündə deyib.
“Qərb ölkələrində eyni mövcudluğu saxlamağın heç bir mənası yoxdur, buna dair istək də yoxdur. Əməkdaşlarımız elə şəraitdə işləyir ki, onları insani adlandırmaq olmaz. Onlar daimi problemlər, fiziki hücum təhlükələri yaradırlar. Əsas odur ki, orada iş yoxdur, çünki Avropa bizdən bağlanmaq və istənilən iqtisadi əməkdaşlığı dayandırmaq qərarına gəlib. Zorla əziz olmaq olmur", - deyə nazir bildirib.
Lavrovun sözlərinə görə, Asiya, Afrika, Latın Amerikası ölkələrinin, əksinə, əlavə diqqətə ehtiyacı var.
“Bir çox planlar ən yüksək və yüksək səviyyədə razılaşdırılır ki, bunlar diplomatik dəstək tələb edir, o cümlədən biznes dəstəyi, birgə mədəni, humanitar, təhsil layihələri”, - deyə nazir bildirib.
Xarici siyasət idarəsinin rəhbəri vurğulayıb ki, hazırda Rusiya Xarici İşlər Nazirliyi həm xaricdə, həm də mərkəzi aparatda öz fəaliyyətinin coğrafi istiqamətini dəyişdirir və “ağırlıq mərkəzini” Rusiya Federasiyası ilə bərabərhüquqlu, qarşılıqlı faydalı zəmin yarad əməkdaşlığa hazır olan ölkələrə keçirərək perspektivli birgə layihələrin axtarışına köklənəcək.