FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qaçqın düşərgəsində qum fırtınası

Sputnik
BAKI, 18 oktyabr — Sputnik. Fırtınaların özləri nəinki böyük qum və toz kütlələrinin havaya qalxması üzündən görmə qabiliyyətini pisləşdirir, həm də səhrada itmiş insanların ölümünə səbəb ola bilirlər.
Yaxın Şərqdəki qum fırtınaları iqlim və çoxlu sayda səhra və yarımsəhraların mövcudluğuna görə xüsusi hadisədir. Belə ki, ərəblər güclü qum və toz fırtınalarını "habub" adlandırırlar, bu da "qəzəblə əsən" kimi tərcümə olunur.
Fırtınaların özləri nəinki böyük qum və toz kütlələrinin havaya qalxması səbəbindən görmə qabiliyyətini pisləşdirir, həm də səhrada itmiş insanların ölümünə səbəb ola bilirlər. Ancaq eyni zamanda, yerli sakinlər onlara öyrəşiblər və fırtınalara, yəqin ki, daha şimal enliklərində yağışa yanaşılan kimi yanaşırlar.
Uzun illər vətəndaş müharibəsindən əziyyət çəkən, xarabalığa çevrilmiş Suriya sakinləri üçün qum fırtınası ikiqat bədbəxtlikdir, çünki ondan gizlənmək üçün çadırlardan başqa heç bir yer yoxdur. Amma insanlar hər şeyə alışırlar...
1 / 8

Qadın Suriyanın şimalındakı Rəqqa ətrafındakı qaçqın düşərgəsində qum fırtınası zamanı yemək bişirir.

2 / 8

Suriyanın şimalındakı Rəqqa ətrafında yerləşən qaçqın düşərgəsində uşaqlar qum fırtınası zamanı oynayırlar.

3 / 8

Suriyanın şimalındakı Rəqqa ətrafında yerləşən qaçqın düşərgəsində qum fırtınası zamanı gənc oğlan əşyaları daşıyır.

4 / 8

Yeniyetmə oğlan Suriyanın şimalındakı Rəqqa ətrafındakı qaçqın düşərgəsində qum fırtınası zamanı yol gedir.

5 / 8

Suriyanın şimalında, Rəqqa ətrafındakı qaçqın düşərgəsində qum fırtınası zamanı qız üzünü örtüb.

6 / 8

Suriyanın şimalındakı Rəqqa ətrafındakı qaçqın düşərgəsində qum fırtınası zamanı oğlan yol gedir.

7 / 8

Suriyanın şimalındakı Rəqqa ətrafında yerləşən qaçqın düşərgəsində qum fırtınası zamanı uşaq su qabından içki içir.

8 / 8

Suriyanın şimalındakı Rəqqa ətrafında yerləşən qaçqın düşərgəsində uşaqlar qum fırtınası zamanı oynayırlar.