BAKI, 18 oktyabr — Sputnik. "Dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan rejissor Elçin Musaoğlunun "Məryəm" tammetrajlı bədii filmi hazırda beynəlxalq kino festivallarına təqdim olunma mərhələsindədir".
Bu barədə Mədəniyyət Nazirliyindən APA-ya məlumat verilib.
Qeyd edək ki, filmin çəkilişlərinin bir hissəsi Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılıb.
Xatırladaq ki, filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir. Atasını tapan Məryəm yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır.